Dəhşətli yol qəzası, “Bakıelektrikşəbəkə”nin 2 əməkdaşı öldü
“VAZ 2107” ASC-nin üç əməkdaşını vurub
Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində 2 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, qəzada ölənlər “Bakıelektrikşəbəkə” ASC-nin əməkdaşlarıdır. 10 EK 707 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobil Bakı-Astara yolunun 30-cu kilometrliyində, Sahil qəsəbəsi ərazisində təmir işlər aparan “Bakıelektrikşəbəkə” ASC-nin üç əməkdaşını vurub.
Onlardan ikisi hadisə yerində dünyasını dəyişib, biri isə xəsarət alıb. 10 OZ 544 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil isə arxadan qəza vəziyyətini törədən “VAZ-2107”-yə çırpılıb. “Mercedes”də olan sərnişinlərdən biri də yüngül xəsarət alıb.
Məlumata görə, “VAZ 2107” markalı avtomobil yola aşıb və nəticədə yolda hərəkət dayanıb.

512