Bakı sakini evində qumarxana təşkil edib
12 mart 2010 12:30 (UTC +04:00)

Bakı sakini evində qumarxana təşkil edib

4 nəfər saxlanılıb
Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da saat 21.00 radələrində, F.Yusifov küçəsində kirayəyə götürülmüş evdə Bakı şəhər sakini Nəsimi Bayramovun orada qumarxana təşkil etməsi müəyyənləşib.

Lent.az DİN-in saytına istinadən xəbər verir ki, orada qumar oynayan 4 nəfər (onlardan biri Belorus vətəndaşı Xanlar Əliyev olmuşdur) saxlanılıb.
Araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 341

Oxşar yazılar