Vəkil: “Bu, Eynullanın düşüncələridir”
“Eynulla Fətullayevin təhlükəsizliyinin təmin olunması ilə bağlı həbsxana rəhbərliyinə müraciət etmişik”. Bunu Lent.az-a açıqlamasında Eynulla Fətullayevin vəkili Elçin Sadıxov bildirib. Onun sözlərinə görə, E. Fətullayev cinayət işinin materiallarında təhlükədə olması ilə bağlı fikirlərini qeyd edib: “Lakin mən bu barədə konkret məlumat verə bilmərəm”.
E. Fətullayevin digər vəkili İsaxan Aşurov isə E. Fətullayevin cinayət işi ilə bağlı istintaqın yekunlaşdığını bildirib: ”Sabahdan bu iş materialları ilə tanışlıq başlanır. Razı qalmadığımız məqamlarla bağlı istintaq orqanına hazırkı mərhələdə vəsatətlər də verə bilərik. Güman edirəm ki, bu bir neçə gün çəkər. Bundan sonra isə iş məhkəməyə göndəriləcək”.
İ. Aşurov E. Fətullayevin təhlükədə olması ilə bağlı fikirlərə də münasibət bildirib. O, E. Fətullayevin Bakı İstintaq Təcridxanasında saxlanma şəraitindən hər hansı narazılığı olmadığını söyləyib: “Şübhələrə gəldikdə isə, mən bunlara şərh verə bilmərəm. Bunlar onun düşüncələridir”.
Qeyd edək ki, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin sabiq baş redaktoru Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. O, 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və jurnalist 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar olaraq ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb.
Fərid Əkbərov

318