Ağsuda torpaq sürüşməsi
25 fevral 2010 19:30 (UTC +04:00)

Ağsuda torpaq sürüşməsi

Azərbaycanın Ağsu rayonunun 5 kəndində torpaq sürüşməsi baş verməsi nəticəsində 77 ev qəzalı vəziyyətə düşüb.


Ağsu rayon Fövqəladə Hallar Komissiyasının sədri İqbal Mikayılov APA-nın yerli bürosuna bildirib ki, Ağsu çayının sahilində yerləşən Sanqalan, Kalva, Suraxanı, Qırrar və Quzay kəndlərində baş verən torpaq sürüşməsi gündən-günə genişlənir: “Sürüşmədən ən çox ziyan çəkən isə Sanqalan və Kalva kəndlərindəki yaşayış evləri və sosial obyektlərdir. Əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri baxış keçirib. Kəndlərin həqiqətən də təhlükəli zonada yerləşməsi qeyd olunub, əhalinin müvəqqəti olaraq köçürülməsi tövsiyə edilib. Təhlükəli vəziyyət barədə əhaliyə xəbərdarlıq olunub. Hazırda Sanqalan kəndində bütün evlər-38 fərdi yaşayış evi, bir orta məktəb və bir feldşer-mama məntəqəsi qəzalı vəziyyətdədir.


Bu kənddə uzunluğu 450 metr, eni 260 metr olan ərazini əhatə edən sürüşmə zonasına düşən bu tikililərdə yaşamaq təhlükəlidir. Torpaq qatı hər 2-3 metrdən bir 30-40 santimetr aralanıb, evlərdə 5-10 santimetr qalınlığında çatlar əmələ gəlib. Kəndin yerləşdiyi torpaq qatı hər gün təxminən yarım metr dağdan çaya doğru sürüşür. Bu kiçik kəndin bütövlükdə köçürülməsi və digər ərazidə torpaq sahəsi ayrılaraq yeni evlərin tikilməsi daha məqsədəuyğundur. Artıq öz istəyi ilə kənddəki 38 ailədən 10-u rayonun başqa yaşayış məntəqələrindəki qohumlarının evində məskunlaşıb. Oradakı 28 evdə hələ də yaşayış var”.


İqbal Mikayılov qeyd edib ki, torpaq sürüşməsi ilə əlaqədar Kalva kəndindəki 80 evdən 35-i qəzalı vəziyyətə düşüb. Kəndin mədəniyyət evi və aptekdə də çatlar əməl gəlib. Hadisə nəticəsində daha çox zərər çəkmiş və yararsız hala düşmüş 4 ev müəyyən edilib və fevralın 24-də həmin dörd ailə başqa kənddəki qohumlarının yanına köçürülüb: “Torpaq sürüşməsi rayonun Suraxanı kəndində 2 evi, Qırrar və Quzay kəndlərinin hər birində bir evi qəza vəziyyətinə salıb. Muğanlı-İsmayıllı yolunun yaxınlığında, üç tərəfi dağlarla əhatə olunmuş yerdə mövcud olan bu yaşayış məntəqələrinin yerləşdiyi ərazi sürüşmə zonasına daxildir. Torpaq axını dağlardan Ağsu çayına tərəf hərəkət edir.



Sürüşmə əsasən qış-yaz aylarında yağan yağışlardan sonra daha intensiv xarakter alır. Amma ilk dəfədir ki, torpaq sürüşməsi geniş ərazini əhatə edir və yaşayış evlərinə və sosial obyektlərə ciddi ziyan vurur. Rayon İcra Hakimiyyəti insanların müvəqqəti olaraq köçürülməsi üçün qonşu kəndlərdə və rayon mərkəzində sosial obyektlər müəyyən edəcək. Amma ilk növbədə Fövqəladə Hallar Nazirliyinin bu vəziyyətlə əlaqədar yekun qərarını gözləmək lazımdır”.


Qeyd edək ki, ərazi bir qədər əvvəl sürüşmə baş verən Muğanlı-İsmayıllı yolunun yaxınlığında yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28