Bir binanın bütün sakinləri “Bakıelektrikşəbəkə”ni məhkəməyə verdi
Bakı şəhər Nərimanov rayonu Sabit Rəhman küçəsi-35 ünvanında yaşayan sakinlər “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə verib.
Lent.az-ın xəbərinə görə, sakinlər 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edərək onlar üçün 4970 manat vəsaitin artıq borc yazıldığını bildiriblər. Belə ki, sakinlər 2009-cu ilin sentyabrından 2010-cu ilin yanvar ayınadək istifadə etdikləri elektrik enerjisinin pulu ilə yanaşı, əlavə yazılan borcu da ödəyib. Bu, işıqların kəsilməməsi üçün edilib.
Daha sonra isə həmin vəsaitin geri alınması üçün məhkəməyə müraciət olunub.
1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin hakimi Müseyib Bayramovun icraatında olan işə yaxın vaxtlarda baxılacaq.
Qeyd edək ki, Sabit Rəhman küçəsi-35 ünvanındakı bina “İnşaatçı” MTK tərəfindən inşa olunub. Binanın bütün mənzillərində yaşayış var.
Pərvin ABBASOV

591