Gədəbəydə inək 3 buzov doğdu
12 fevral 2010 15:00 (UTC +04:00)

Gədəbəydə inək 3 buzov doğdu

Buzovlar sağ-salamatdır

Gədəbəyin Cəfərli kəndində nadir və maraqlı hadisə baş verib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, kənd sakini Namiq Həsənovun təsərrüfatında inəklərdən birinin 3 balası olub. Təsərrüfat sahibi illərdir mal-qara saxladığını, lakin belə halla indiyədək qarşılaşmadığını bildirir.

“İllərdir ki, mal-qara saxlayırıq. Lakin indiyədək belə halla qarşılaşmamışam. İnəyimin 3 bala doğması mən, ailə üzvlərim və kənd sakinləri üçün də maraqlı oldu. Hər kəs balaca buzovlarla maraqlanır. Balalar sağ-salamatdır. İnanıram ki, gün gələcək, onların da südündən içəcəyik” - deyə, kənd sakini deyir.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar