Tağı Əhmədov: “Enerji qəzası Metropolitenə ziyan vurmayıb”
10 fevral 2010 13:30 (UTC +04:00)

Tağı Əhmədov: “Enerji qəzası Metropolitenə ziyan vurmayıb”

Elektrik enerjisinin kəsilməsilə əlaqədar metroda qatarların hərəkətində fasilə yaranması Bakı Metropoliteninə ziyan vurmayıb. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Metropolitenin rəisi Tağı Əhmədov bildirib. O deyib ki, hazırda qatarlar əvvəlki qaydada normal qrafiklə işləyir.

Xatırladaq ki, fevralın 9-da elektrik enerjisinin kəsilməsilə əlaqədar olaraq saat 12 radələrindən etibarən təxminən 2 saat yarım müddətində Bakı Metropoliteninin iş qrafikində fasilə yaranıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352

Oxşar yazılar