Dəmir yolunda iş ahəngi pozulmayıb
09 fevral 2010 17:00 (UTC +04:00)

Dəmir yolunda iş ahəngi pozulmayıb

Elektrik enerjisinin verilməsindəki fasilə zamanı qatarların teplovozların köməyi ilə hərəkət edib

Bu gün saat 12.00-da ölkə ərazisində elektrik enerjisi təchizatındakı problemlər üzündən dəmir yolunda da qatarların hərəkətində çətinliklər yaranıb. Bununla belə, enerji fasiləsi zamanı dəmir yolunda hərəkət teplovoz dartısı ilə tənzimlənib.

“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, 6703 saylı İmişli-Bakı elektrik qatarı və 9 yük qatarı mənzillərdə olarkən elektrik enerjisi kəsildiyindən qatarlar stansiyalara teplovoz dartısı ilə gətirilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444

Oxşar yazılar