İki nəfərin qatilinə 15 il həbs
08 fevral 2010 13:00 (UTC +04:00)

İki nəfərin qatilinə 15 il həbs

Fevralın 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə yaxın qohumlarını qətlə yetirməkdə təqsirləndirilən Salyan sakinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Həsən Əliyev sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əlniyaz Məmmədova hökm oxunub. Hökmə əsasən, Əlniyaz Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, 2009-cu il avqustun 15-də saat 22.00 radələrində Salyan rayonunun Quyçu kənd sakini, 1959-cu il təvəllüdlü Məmmədov Əlniyaz Əlihəsən oğlu həmin kənddə yaşayan bacanağı Hüseynov Nadir Akif oğlunun evinə gələrək, orada olan qaynı, 1969-cu il təvəllüdlü Hüseynov Malik Nurəddin oğlunu və onun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Əliyeva Aybəniz İbrahim qızını bıçaqla ailə-məişət zəminində qətlə yetirib.


Qeyd edək ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha artıq şəxsi öldürmə) maddələri ilə ittiham olunub.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673

Oxşar yazılar