Bakıda buzlu yollarda xəsarət alan 53 nəfər xəstəxanaya müraciət edib
08 fevral 2010 12:45 (UTC +04:00)

Bakıda buzlu yollarda xəsarət alan 53 nəfər xəstəxanaya müraciət edib

Fevralın 7-nə kimi paytaxtda soyuq hava şəraiti və yolların buz bağlaması nəticəsində xəsarət alan 53 nəfər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.

Bu barədə Lent.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev məlumat verilib. R.Nağıyev bildirib ki, xəsarət alanların 27-si qadın, 26-sı kişidir. O, xəsarətlərin əksəriyyətinin sınıq və burxulma olduğunu söyləyib.

R.Nağıyev xəsarətlərin ciddi olmadığını söyləyib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328

Oxşar yazılar