6 dəfə məhkum olunmuş köçkün növbəti dəfə oğurluq etdi
03 fevral 2010 18:00 (UTC +04:00)

6 dəfə məhkum olunmuş köçkün növbəti dəfə oğurluq etdi

O, qaz borularını oğurlayaraq, satırmış

Yanvarın 21-də Göygöl rayon Qaz İstismar İdarəsinin rəhbərliyi rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, Çaylı kəndi ərazisində 150 metr qaz borusunun kəsilərək, oğurlandığını bildirib. Göygöl rayon Polis şöbəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, araşdırma nəticəsində oğurluğu törətmiş şəxs tutulub.

Fevralın 2-də yaxalanan Kəlbəcərli məcburi köçkün, 1955-ci il təvəllüdlü Xızırov Haqverdi Qədir oğlu boruları sexlərə satdığını etiraf edib. Onun daha öncə 6 dəfə məhkum olunduğu da ortaya çıxıb.

Faktla bağlı cinayət işi açılıb.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 425

Oxşar yazılar