Avtomobillə teplovoz toqquşdu, 1 ölü, 2 yaralı
02 fevral 2010 18:30 (UTC +04:00)

Avtomobillə teplovoz toqquşdu, 1 ölü, 2 yaralı

Azərbaycanın Sumqayıt şəhərində minik maşını teplovozla toqquşub.


Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Hadisə bu gün səhər saat 09.30 radələrində Bakı-Quba yolunun 40-cı kilometrliyində baş verib. Qusar rayon sakini, 1958-ci il təvəllüdlü Əzim Əliyev idarə etdiyi “Opel” markalı, 10 TL 892 dövlət nömrə nişanlı avtomobili dəmir yol xəttini keçmək istəyərkən Şiraslan İsgəndərovun idarə etdiyi hərəkətdə olan teplovoza çırpıb. Qəza nəticəsində sürücü Ə.Əliyev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Minik maşınında olan digər sərnişinlər – Güludə Muradova və Rəhim Mirsultanov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin istintaq şöbəsi tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 327

Oxşar yazılar