Aptekdən 4 min manatlıq dərman oğurlanıb
Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib. Bu barədə Lent.az-ın bölgə müxbirinə Cəlilabad RPŞ-nin müstəntiqi Allahverdi Həsənov məlumat verib. Onun bildirdiyinə görə, şöbəyə rayon apteklərindən birində dərman preparatlarının oğurlanması barədə şikayət ərizəsi daxil olub. Ərizəni yazan Cəlilabad şəhər sakini Bağırov İlham Saleh oğlu bildirib ki, ona məxsus olan aptekdən yanvarın 29-dan 30-a keçən gecə 4 min manata yaxın dəyəri olan dərman preparatları oğurlanıb.
Müstəntiq bildirib ki, oğurluq aptekin arxa divarını dağıtmaqla edilib. Şübhəli şəxs qismində hələlik heç kəs saxlanılmayıb.
Faktla Cinayət Məcəlləsinin 177.2.4 maddəsi ilə cinayət işi başlanıb. Oğurluq edən şəxsin və ya şəxslərin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri davam etdirilir.
Pərvanə

352