Bakıda “fahişə əməliyyatı”
02 fevral 2010 12:15 (UTC +04:00)

Bakıda “fahişə əməliyyatı”

“Əzizbəyov” və “Neftçilər” metro stansiyalarının yaxınlığında əxlaqsızlıqa məşğul olan şəxslər yaxalanıblar

Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yüngül həyat tərzi keçirən bir qrup qadın saxlanılıb. (ANS Press) “Əzizbəyov” və “Neftçilər” metro stansiyalarının yaxınlığında əxlaqsızlıqa məşğul olmaqla ictimai asayişi pozan şəxslər izahatlarının alınması üçün bölməyə gətiriliblər.

Polis bölməsindən verilən məlumata görə, saxlanılan qadınlar fahişəliklə məşğul olduqlarından artıq bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunublar. Amma onlar qanunvericilikdə nəzərdə tutulan cərimələri ödədikdən sonra azad ediliblər. Qadınlar əməllərindən əl şəkmədiklərinə görə növbəti dəfə polis əməkdaşları tərəfindən saxdanılıblar.

Bölmədən onu da bildiriblər ki, qədim peşənin sahibləri müvafiq tibbi ekspertizalardan keçirilmələri üçün dəri-zöhrəvi dispanserinə göndəriləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar