Eynulla Fətullayevin qanında heroin aşkarlanıb
Ekspertizanın nəticəsi açıqlandı
Həbsdə olan jurnalist Eynulla Fətullayevdən götürülmüş qan və sidik analizlərinin nəticələri açıqlanıb. Jurnalistin vəkili İsaxan Aşurov APA-ya açıqlamasında bildirib ki, analizin nəticələrinə görə E. Fətullayevin qanında az miqdarda heroin aşkar edilib. Lakin vəkil analizin nəticələri ilə razılaşmadıqlarını vurğulayıb.
Əlavə edək ki, jurnalistin atası Emin Fətullayev və vəkili İ. Aşurov məhkəmə narkoloji ekspertizasının rəyi barədə fevralın 1-də də mətbuata açıqlama veriblər. Onlar bildiriblər ki, həmin rəyə əsasən, E. Fətullayev narkotik maddələrin aludəçiliyindən əziyyət çəkmir və onun məcburi müalicəyə ehtiyacı yoxdur.
Qeyd edək ki, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin sabiq baş redaktoru Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. Jurnalist 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və jurnalist 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar olaraq ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb.

455