Bakıda tikintidə işləyən terrorçu tutulub
01 fevral 2010 17:15 (UTC +04:00)

Bakıda tikintidə işləyən terrorçu tutulub

Bosniya və Hersoqovinanın Ədliyyə Nazirliyinin katibi Yusuf Xalilaqiç Gürcüstanın hərbi cinayətlərdə günahlandırılan 40 yaşlı bosniyalı serb Saşi Lipovatsın ölkəsinə təhvil verilməsini gözlədiklərini bildirib.

Lent.az-ın vesti.az-a istinadən verdiyi məlumata görə, Yusuf Xalilaqiç 1992-1995-ci illərdə Saşi Lipovatsanın mülki şəxsləri qətlə yetirdiyini və 2008-ci ildə onun həbsi üçün order verildiyini söyləyib.

Ədliyyə Nazirliyinin katibi deyib ki, bu şəxs az əvvəl Gürcüstanda həb olunub. Bosniya mətbuatı yazıb ki, Saşi Lipovats həbsxanadadır və yaxın günlərdə Bosniya və Hersoqovinaya təhvil verilməlidir.

Yusuf Xalilaqiç nəzərə çatdırıb ki, Bosniya və Hersoqovinanın Ədliyyə Nazirliyinin bu il yanvarın 14-də Tiflis məhkəməsinə onunla bağlı lazımi materialları göndərib, proses davam edir və bundan sonra hər şey Gürcüstan məhkəməsindən aısıldır.

Qeyd edək ki, Saşi Lipovats Qradişka rayonunun Liskovats kəndində müsəlman mülki əhaliyə qarşı hərbi cinayətlərdə günahlandırılır. O, bir neçə şəxslə birlikdə Rizvanoviça ailəsinin 3 üzvünü, o cümlədən Emin Turan və onun oğlu Almazı öldürüb. Saşi Lopovats 4 yaşlı qızın yaralanmasında və 20 yaşlı qadının zorlanmasında günahlandırılır.

Saşi Lipovatsın vəkili Nenad Balaban deyib ki, onun müvəkkili Azərbaycandan Moskvaya gedərkən Gürcüstanda həbs edilib. Vəkil Saşi Lipovatsın həbsinin vaxtını açıqlamayıb, ancaq bildirib ki, o, Bakıda tikinti firmalarının birində işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar