Qəzada ölən və yaralananların adları açıqlandı - SİYAHI
01 fevral 2010 15:15 (UTC +04:00)

Qəzada ölən və yaralananların adları açıqlandı - SİYAHI

Bu gün saat 7:30 radələrində Binəqədi yolunda, Poladəritmə zavodunun yaxınlığında, “Emil Petrol” yanacaqdoldurma stansiyasının qarşısında 165 və 10 saylı marşrutla hərəkət edən avtobuslar toqquşub.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev Lent.az-a açıqlamasında bildirib ki, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ölənlər 1955-ci il təvəllüdlü Əhmədov Ağabala və 45-50 yaşlarında şəxsiyyəti hələlik bəlli olmaya kişidir.

Yaralananlar isə 1973-cü il təvəllüdlü Tərlan Aydınov , 1975-ci il təvəllüdlü Tərzan Məmmədov və 1977-ci təvəllüdlü Namiq Şirinov olub.

Hazırda hadisə yerində təcili tibbi yardım maşınları və yol polisi işləyir.

Yolda avtomobillərin hərəkəti çətinləşib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar