Kərbəlada yaralanan zəvvarlarımız xəstəxanadan buraxılıb
Kərbəla şəhəri yaxınlığında silahlı hücum zamanı yaralanan azərbaycanlı zəvvarlar müalicə kursunu başa vuraraq, mehmanxanaya yerləşdiriliblər.
Bu barədə APA-ya Azərbaycanın İordaniya və İraqda fövqəladə və səlahiyyətli səfiri Elman Araslı məlumat verib. Onun sözlərinə görə, səfirlik hadisə ilə bağlı dərhal İraq Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb və nazirlik azərbaycanlı zəvvarları aparan avtobusun Kərbəladan Samirə şəhərinə gedən yolda atəşə məruz qalması faktını təsdiqləyib.
Xatırladaq ki, silahlı hücum zamanı Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü Leyla Əhmədova həlak olub, digər soydaşlarımız Müşfiq Abdullayev (1986) və Nüşabə Nəzərova (1975) yaralanıb.
Səfir yaralıların aldığı xəsarətin ciddi olmadığını, onlara ilkin tibbi yardım göstərildiyini bildirib: “Yaralılara Bağdadın Kazımiyyə rayonundakı xəstəxanalardan birində yardım göstərilib, sonra isə onlar mehmanxanaya köçürülüblər”.
Səfir terror aktı zamanı dünyasını dəyişən Leyla Əhmədovanın Nəcəf şəhərində dəfn olunduğunu bildirib.

Oxşar yazılar

İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48
Qabil Məmmədovun məhkəməsi başladı
11 iyul 2025 , 17:45