Gəncədə 62 yaşlı kişi qətlə yetirilib
01 fevral 2010 12:30 (UTC +04:00)

Gəncədə 62 yaşlı kişi qətlə yetirilib

Onu həmyerlisi bıçaqlayıb

Yanvarın 31-də saat 14:40 radələrində Gəncə şəhər Prokurorluğuna Natəvan qəsəbəsi, döngə B-6, ev 5-in qarşısında üzərində zorakılıq əlaməti olan kişi meyitinin tapıldığı barədə məlumat daxil olub.

Gəncə şəhər Prokurorluğundan Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, araşdırma nəticəsində məlum olub ki, tapılan meyit 5 saylı evin sakini, 1948-ci il təvəllüdlü Quliyev Tofiq Aydın oğluna məxsusdur. Onu həmyerlisi 1964-cü il təvəllüdlü Qurbanov Sahib Yusif oğlu şəxsi münaqişə zəminində bıçaqlayaraq, qətlə yetirib.

Təqsirləndirilən şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə iş açılıb.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352

Oxşar yazılar