2 nəfər prokurorluq orqanlarından xaric edilib
29 yanvar 2010 13:15 (UTC +04:00)

2 nəfər prokurorluq orqanlarından xaric edilib

“2009-cu ildə Azərbaycanda mülkiyyət əleyhinə olan cinayətlər bir qədər artıb”.


APA-nın məlumatına görə, bu barədə respublikanın Hərbi Prokurorluğunda bu gün keçirilən kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev bildirib. Hərbi Prokurorluq orqanlarının mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində fəaliyyətin daha da gücləndirildiyini vurğulayan X.Vəliyev ötən illərlə müqayisədə 2009-cu ildə cinayətkarlıq mübarizə sahəsində daha səmərəli nəticələrin əldə edildiyini bildirib.



O, Silahlı Qüvvələrdə mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və s. cinayət hadisələrinin vaxtında aşkar olunduğunu, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edildiyini bildirib. Hesabat dövründə mülkiyyət əleyhinə olan cinayətlərin bir qədər artdığını deyən X. Vəliyev Hərbi Prokurorluq orqanları tərəfindən cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 74 faizinin istintaq zamanı ödənməsinin tam təmin edildiyini söyləyib.


X.Vəliyev Silahlı Qüvvələrdə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma hallarının, qeyri-hərbi cinayətlər və şəxsiyyət əleyhinə cinayətlər 13,5 faiz artdığını deyib.


Qeyd olunub ki, hesabat dövründə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İş üzrə İstintaq İdarəsində ağır və xüsusilə ağır, mürəkkəb və aktual xarakterli cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.
Tədqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 166 yoxlama keçirilib, bunun nəticəsində 2002 qanun pozuntusu aşkar edilib. Qanun pozuntuları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 213 təqdimat göndərilib, 270 nəfərə xəbərdarlıq edilib, 83 cinayət işi başlanıb.


O da bildirilib ki, ötən il respublika hərbi prokurorunun təqdimatları əsasında prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə baş prokurorun əmri ilə iki əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə prokurorluq orqanlarından xaric edilib. Hərbi prokurorun əmrləri ilə isə 9 nəfər əməkdaş intizam məsuliyyətinə cəlb edilib.


Hərbi prokuror ötən il 25 işçinin vəzifədə irəli çəkildiyini, 12 işçiyə xüsusi rütbə, 23 əməkdaşa isə hərbi rütbələr verildiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05