Türkiyəli mafioz qardaşlar Bakıda həbs olundu
28 yanvar 2010 19:00 (UTC +04:00)

Türkiyəli mafioz qardaşlar Bakıda həbs olundu

2004-cü ildə Türkiyədə “Söyləməz Qardaşları dəstəsi” kimi tanınan mütəşəkkil cinayətkar dəstənin məhkəməsi zamanı qaçan və İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Mehmet Sena Söyləməz və Mehmet Faysal Söyləməz qardaşları Azərbaycanda yaxalanıblar.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 6 ildir ki, axtarışda olan qardaşlar dəstə üzvü olan digər bir nəfərlə Bakıda ələ keçiblər.

İnterol ilə əlaqə saxlayan İstanbul polisi Söyləməz qardaşlarını təslim almaq üçün Azərbaycana bir qrup göndərib.

Qeyd edək ki, bu dəstə İstanbulun Eminönü rayonunun sabiq bələdiyyə sədri Əhməd Çətinkayaya sui-qəsd həyata keçirib, sabiq millət vəkili Sədat Bucağın tayfası ilə silahlı qarşıdurmaya gedib. Qardaşların rəhbərlik etdiyi cinayətkar qruplaşma 2003-cü ildə Muş vilayətinin Şəkər Fabrikini 5.8 trilyon lirəyə alan İrfan-Kudbettin Altay qardaşlarını öldürüblər. Həmin il Türkiyə polisi Söyləməz qardaşlarını və cinayətkar qruplaşmanın digər üzvlərini ələ keçirmək üçün Türkiyənin 16 rayonunda eyni vaxtda əməliyyat keçirib.


30 nəfər dəstə üzvü ələ keçib. Məhkəmədə dəstənin 4 üzvü barədə həbs qərarı çıxarılıb, Sena və Faysal Söyləməz qardaşları isə sərbəst buraxılıb. Prokurorluğun etirazından sonra qardaşların həbsi barədə qərarı çıxarılıb. Ancaq qardaşlar yoxa çıxıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15