Daşkəsəndə canavar panikası
Yırtıcıların Alunitdağ qəsəbəsi yaxınlığında atı parçalaması əhalini təşvişə salıb
Bir neçə gün öncə canavarların Daşkəsən rayonunun Alunitdağ qəsəbəsi yaxınlığında atı parçalaması əhalinin təşvişinə səbəb olub. Rayon sakinləri canavarların Molla-Həsənli, Quşçu, Zəylik kəndlərində də göründüyünü bildirirlər.
Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Əliehsan Həsənlinin Lent.az-ın Gəncəbasar müxbirinə bildirdiyinə görə, yırtıcıların əhaliyə zərər verməməsi üçün lazımi tədbirlər görülüb. “Havaların soyuması ilə yırtıcılar yaşayış yerlərinin kənarlarında müşahidə edilməsi həmişəki haldır. Bu dəfə də canavarlar kəndlərə yaxın düşməyib, kənddən uzaqlaşmış atı parçalayıb. Ancaq biz yenə də hər ehtimala qarşı kəndlərdə yaşayan ovçularla görüşərək, söhbətlər aparmışıq. Sənədlə silah sahibi olan bu insanlar hər hansı bir təhlükəli hal qeydə alınarsa, lazımi tədbirləri görməyə hazırdırlar” - deyə Həsənli əlavə edib.
Vüsalə Cənnətova

368