Bakıda ikimərtəbəli ev yandı
Evdəki əşyaları xilas etmək mümkün olmayıb
Bu gecə Bakının Nəsimi rayonu ərazisində yanğın hadisəsi baş verib. Rayonun Şamil Əzizbəyov küçəsindəki 15-ci dalanda Gülşən Rəhmanovaya məxsus fərdi ev yanıb.
ANS Press-in verdiyi məlumata görə, yanğın ikimərtəbəli evin təxminən 45 kvadrat metrlik ərazisini əhatə edib. Ev əsasən taxta konstruksiyalardan ibarət olduğundan, yanğının qarşısını almaq çətinlik törədib. Nəticədə evin içərisindəki əşyaların əksəriyyəti yanıb.
Ev sahibəsi Gülşən Rəhmanova bildirib ki, yanğının uşaqların həyətdə qaladığı tonqaldan yarandığını ehtimal edir. Onun sözlərinə görə, alov quru taxtalara keçib və yanğın başlayıb.

490