Vəkilləri Nazim Quliyevə bəraət istədi
Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri çıxış edib. Vəkil Elbrus Sarıvəlli çıxışında ibtidai istintaq zamanı N.Quliyevin hüquqları pozulduğunu bildirib. E.Sarıvəlli məhkəmənin hazırlıq iclası zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin müvafiq müddəalarının da pozulduğunu qeyd edib. O, təqsirləndirilənə qarşı irəli sürülən maddələrlə cinayət işinə xitam verilərək prokurora qaytarılmasını, təqsirləndirilən barəsində həbs qəti-imkan tədbirinin dəyişdirilməsi və ibtidai istintaqı aparan Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübariz idarəsinin müstəntiqləri barəsində xüsusi qərardad çıxarılmasını istəyib.
Digər vəkil Aida Tağıyeva N. Quliyeva bütün maddələrlə bəraət verilməsini istəyib.
Proses yanvarın 15-də N. Quliyevin son sözü ilə davam etdiriləcək.
Xatırladaq ki, keçən prosesdə prokuror N. Quliyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, N. Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirləndirilir.
Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin 20 may 2009-cu il tarixli hökmü ilə N. Quliyev Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 147.2 (böhtan (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma)) maddəsi üzrə isə ona bəraət verilib. Adıçəkilən məhkəmə prosesi “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın iddiası əsasında keçirilib.
Fərid Əkbərov

690