Zorlamada təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa çıxdı
Yanvarın 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə yetkinlik yaşına çatmayan şəxsi zorlamada təqsirləndirilən Qusar rayon sakinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, İmran Pirimov 3 il şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, İ.Pirimov 2009-cu ilin oktyabrında 17 yaşlı C. Ə. (şərtidir) zorlayıb. Zərərçəkmişin şikayəti əsasında İ.Pirimov Qusar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, İ.Pirimovla C.Ə.rəsmi nikaha daxil olublar. Məhkəmə ona görə də təqsirləndiriləni azadlığa buraxıb.
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində zorakılıq hərəkətləri törətmək) və 150.2.5-ci (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham olunub.
Fərid Əkbərov

596