Yoxa çıxan Tovuz sakinini ermənilər girov götürübmüş
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, 28 dekabr 2009-cu il tarixdə itkin düşdüyü bildirilən Tovuz rayonunun Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu elə həmin gün naməlum şəraitdə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb.
Lent.az komissiyanın saytına istinadən xəbər verir ki, həmin şəxs hazırda Ermənistan ərazisində saxlanılır.
Dövlət Komissiyasının İşçi qrupu Tağıyev Eldar Heydər oğlunun azad olunması və Vətənə qaytarılması istiqamətində müvafiq beynəlxalq təşkilatlarla birlikdə zəruri tədbirləri davam etdirir.

668