Bakıda daha 2 bina sökülür
İctimai təşkilatlar səlahiyyətli şəxsləri “Neftçilər” prospektindəki 97 və 95 saylı binalarda söküntü işlərini dayandırmağa çağırır
“İslam, Demokratiya və İnsan Haqları” Mərkəzi “Tarix-mədəni və Təbii irsi qoruma” İctimai Nəzarət Komitəsi adı altında fəaliyyət göstərən QHT şəbəkəsi ilə birgə bəyanat yayıb. Bəyanatda “Neftçilər” prospektindəki 97 və 95 saylı binaların sökülməsindən və yerli sakinlərin etirazından bəhs olunur.
“İslam, Demokratiya və İnsan Haqları” Mərkəzinin rəhbəri Aytəkin İmranova Lent.az-a bildiriblər ki, binanın sakinləri hələ 2007-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə çağırılıb və onlardan mənzil ticarət-istehsalat sahələrini təcili boşaltmaq tələb olunub. Buna səbəb kimi isə binanın qəza vəziyyətində olması göstərilib. Bununla belə sakinlər binaları boşaltmaqdan imtina ediblər.
Bəyanatda o da qeyd olunur ki, mülkiyyət hüququ pozulmuş şəxslər Səbael Rayon İcra Hakimiyyətini məhkəməyə verib. Dekabrın 28-də keçirilmiş məhkəməyə hazırlıq prosesində növbəti məhkəmə iclası yanvarın 22-nə təyin olunub. Bununla belə, dünən əraziyə ağır texnika gətirilib və hazırda üzərində “Bakı Şəhər İcra Hakimiyyəti ” yazılmış texnika söküntü işlərinə başlayıb.
İctimai təşkilatlar son bir neçə ildə Bakıda tarixi-mədəni irsin məhv edilməsi istiqamətində aparılan işlərini pisləyərək yüksək səlahiyyətli rəsmi şəxsləri bunun qarşısını almağa çağırır. Müraciət müəllifləri bildirirlər ki, hər iki bina Bakının rəmzi sayılan Qız Qalasının yaxınlığında yerləşdiyindən burada aparılan söküntü şəhərin ümumi görünüşünə mənfi təsir edəcək. Bu səbəbdən də söküntü işləri təcili dayandırılmalıdır.
Elxan SALAHOV

371