Bakıda ana qızını bıçaqladı
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə yanvarın 4-dən 5-ə keçən gecə paytaxtın Novruzov qardaşları küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan 1970-ci il təvəllüdlü Məryəm Həsənova ailə münaqişəsi zəminində 19 yaşlı qızı Gülmira Həsənovaya bıçaqla xəsarət yetirib. G.Həsənova kürək nahiyəsindən aldığı ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən M. Həsənova isə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

630