Bəşər Əsədə növbəti zərbə
29 noyabr 2012 10:05 (UTC +04:00)

Bəşər Əsədə növbəti zərbə

İspaniya Milli Müxalifət Koalisiyası və İnqilab Qüvvələrini Suriya xalqının qanuni təmsilçisi kimi tanıyıb. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu noyabrın 28-də İspaniya xarici işlər naziri Xose Manuel Qarsiya-Marqalo bəyan edib.

O deyib ki, Suriya prezidenti Bəşər Əsəd hakimiyyətdən çəkilməli və estafeti müxalifətlə danışıqlara başlayacaq şiə ələvi təmsilçilərdən birinə təhvil verməlidir. İspaniya xarici işlər naziri Rusiyanı da Bəşər Əsədi hakimiyyətdən çəkilməyə inandırmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1308

Oxşar yazılar