Xırdalanda bir qolu olmayan qız itkin düşüb.
Lent.az xəbər verir ki, 12 yaşlı qız "Kristal Abşeron" yaşayış binasındakı evdən çörək almaq üçün çıxıb və bir daha geri qayıtmayıb.
Yeniyetmə qızın əlil olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin qız barəsində axtarış elan olunub.
Polis tərəfindən itkin düşmə kimi axtarışa verilən həmin şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində tədbirlər görülür.