Bakıda 17 yaşlı qız evdən qaçıb
24 oktyabr 2012 12:20 (UTC +04:00)

Bakıda 17 yaşlı qız evdən qaçıb

Bakıda gənc qız itkin düşüb. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini Münəvvər Sadıqlı ərizə ilə müraciət edib. Qadın bildirib ki, bir neçə gün əvvəl işdən evə qayıdarkən qızı 17 yaşlı Lamiyə Məmmədzadənin evdə olmadığını görüb. Qadın qızına zəng vursa da, onun telefonuna zəng çatmayıb.

M.Sadıqlı ərizəsində qızının kimləsə əlaqəsinin olmasından xəbəri olmadığını bildirib. Hazırda polis L.Məmmədzadənin tapılması istiqamətində iş aparır. 17 yaşlı qızın evdən qaçması istisna edilmir.


Nizam RZA
# 2596

Oxşar yazılar