Bakıda 8 yaşlı uşağı vəhşicəsinə döydülər
24 oktyabr 2012 12:01 (UTC +04:00)

Bakıda 8 yaşlı uşağı vəhşicəsinə döydülər

Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Salatın Əsgərova küçəsindən 8 yaşlı Əkbərov Rəvan Həsən oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Məlum olub ki, azyaşlı oğlan döyülüb, onun üzərində müxtəlif xəsarətlər aşkarlanıb.

Polisə ifadəsində azyaşlının yaxınları oğlanın qonşuluqda yaşayan şəxs tərəfindən təpiklə vurulduğunu bildirib. Həmin şəxs təpiklə R.Əkbərovun qarnına zərbələr endirib. Azyaşlının daxili orqanları zədələnib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Nizam RZA
# 2932

Oxşar yazılar