“Kiş-Miş” restoranlarının sahibinin qətli ilə bağlı şok iddia
“Sankt-Peterburqda “Kiş-Miş” restoranlar şəbəkəsinin sahibi, azərbaycanlı Əfqan Rəsulovun polis əməkdaşları ilə atışmada öldürülməsi barədə Rusiya mətbuatında yazılanlar həqiqəti əks etdirmir”.
Bu barədə Lent.az-a Sankt-Peterburq Azərbaycan diasporunun sədr müavini Sabir Məsimov bildirib.
Xatırladaq ki, dünən gecə Sankt-Peterburq şəhərinin Tavriya küçəsindəki mənzilində “Kiş-Miş” restoranlar şəbəkəsinin sahibi, azərbaycanlı Əfqan Rəsulov öldürülüb. Rusiya mətbuatının yazdığına görə, şəhər polisinə həmin mənzildə bir qızın zorlandığı barədə məlumat daxil olub. Polislər mənzilə gəldikdə qapını heç kim açmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qapını sındırmağa cəhd göstəriblər. Bu zaman alaqapıya daxil olan gənc oğlan polislərə atəş açmağa başlayıb. Polislərdən biri yaralanıb, cavab atəşi ilə hücum edən şəxs öldürülüb. Onun Sankt-Peterburqda “Kiş-Miş” restoranlar şəbəkəsinin sahibi, azərbaycanlı Əfqan Rəsulov olduğu müəyyənləşib. Polislər qapını sındıraraq ev sahibinin qardaşını həbs ediblər, zorlamaya məruz qalan qız xəstəxanaya göndərilib. Evdən narkotik mənşəli olduğu güman edilən maddə də aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanıb.
Bütün bunlar Rusiya mətbuatının yazdıqlarıdır. Amma diaspor qurumunun sədr müavini Sabir Məsimov Lent.az-ın müxbiri ilə söhbətində bildirib ki, deyilənlər həqiqəti əks etdirmir: “Çünki Rəsulovun evinə sözün həqiqi mənasında basqın olub. Basqını isə mülki geyimdə olan polis nəfəri edib. Həmin polis nəfəri tabel silahını iş yerinə təhvil verməyərək mənzilə gəlib. Mənzilin qapısını döyəcləməyə başlayıb. Qapını açan Rəsulova atəş açaraq? onu qətlə yetirib. Həmin vaxt mənzildə olan Rəsulovun Akif adlı qardaşı isə özünü qorumaq üçün travmatik tapançadan həmin adama atəş açıb. Maksim adlı həmin polis zabitini yaralayıb. İndi elə vəziyyət yaranıb ki, həmin yaralanan polis zabiti ortalıqda yoxdur. Yerli hüquq-mühafizə orqanları hadisəni başqa cür yozmağa çalışır. Biz, diaspor qurumu olaraq artıq hərəkətə keçmişik, istintaqdan məsələni ədalətli araşdırmağı tələb edirik”.
Diaspor nümayəndəsinin dediyinə görə, xəbərlərdə adı keçən və guya zorlanan qız da ortalıqda yoxdur. “Ümumiyyətlə, bu qız məsələsi də qondarma işə oxşayır. Əfqan Rəsulov Azərbaycan diasporunun tanınmış üzvlərindən idi. Cəmiyyətin işində fəal iştirak edirdi. Tanınmış iş adamı idi. Rusiya KİV-də yazıldığından fərqli olaraq, heç vaxt narkotikdən istifadə etməyib. Onun niyə qətlə yetirilməsinə isə yaxın günlərdə aydınlıq gələcək” - deyə Məsimov bildirib.
Səbuhi Məmmədli

Oxşar yazılar

Bakıda evdən 90 minlik OĞURLUQ
22 aprel 2025 , 15:40
Yeni doğulmuş körpəsini küçəyə atdı
22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit TAPILDI
22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər
22 aprel 2025 , 13:53Sumqayıtda parkda meyit tapıldı
22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi
22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı
22 aprel 2025 , 13:18