Ordudan xəbərdarlıq: bütün siyasilər danışıqlarına diqqət etsin
23 oktyabr 2012 02:38 (UTC +04:00)

Ordudan xəbərdarlıq: bütün siyasilər danışıqlarına diqqət etsin

Ötən həftə Livanın paytaxtında baş vermiş partlayış ölkənin qarışmasına səbəb olub. Etiraz aksiyaları zamanı Trablusda 4, paytaxtda isə 5 nəfər yaralanıb.

Ölkədə sabitliyi qorumaq üçün ordu müraciət edib.
«Bütün siyasi liderlər açıqlama edəndə, öz baxışlarını bildirəndə ehtiyatlı olmalıdır. Gərginlik çox olan bölgələrdə xaosu önləmək üçün sərt tədbirlər görüləcək» - deyə, müraciətdə bildirilib.

Ötən gün Çtqhen küçələrində tanklar manevr edib.

Bununla belə Livanın daxili işlər naziri Mərvan Şerbil ölkənin bütün yollarının, o cümlədən hava məkanının açıq olduğunu, Beyrut küçələrinin yandırılan təkərlərdən təmizlənilməyə başlanıldığını söyləyib.

Etirazçılar hizbullahyönlü baş nazir Nəcib Mikatinin istefa verməsini tələb edir.
# 1460

Oxşar yazılar