Elşad Abdullayevin yaydığı videoda adı çəkilən polis işdən qovulub
ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu video görüntüdə adı keçən polis əməkdaşı işdən qovulub. APA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin əvvəllər 7-ci şöbə adlanan xüsusi idarəsinin əməkdaşı Abbasquliyev familiyalı əməkdaşı əməlinə görə daxili işlər orqanlarından uzaqlaşdırılıb.
DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyərək bildiriblər ki, həmin videoda adı keçən Abbasquliyev artıq daxili işlər orqanlarında çalışmır.
Onu da əlavə edək ki, video görüntüdəki polis əməkdaşı məxfi idarədə çalışdığı üçün onun adı açıqlanmayıb.
Qeyd edək ki, E. Abdullayev qardaşı Mahir Abdullayevin yoxa çıxması mövzusunda DİN 7-ci şöbəsinin əməkdaşları ilə söhbətini əks etdirən gizli videoçəkilş yayılıb. Həmin video görüntüdə DİN-in əməkdaşı M. Abdullayevin nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını bildirib.
Azərbaycanın baş prokuroru Zakir Qaralov bir müddət əvvəl jurnalistlərə verdiyi açıqlamasında Elşad Abdullayevin qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı 1 il 4 ay ərzində onun ailəsinin istintaq orqanları ilə heç bir əməkdaşlıq etmədiyini bildirib: “İstintaq dövründə onlar həmişə müxtəlif kriminal ünsürlərlə əlaqə yaradıblar ki, guya qardaşları oğurlanıb, istintaq nə onun qətli, nə də oğurlanmasını sübuta yetirib. Bir daha bildirirəm ki, həmin işin istintaqı bu gün də davam etdirilir. Elşad Abdullayevin bildirdiyinə görə, guya əvvəlki dövrlərdə o qardaşının buraxılması üçün müxtəlif insanlara pullar verib, bütün bunlarla bağlı onda materiallar var. Həmin videoları da o istintaqa təqdim edib, onlar da araşdırılır”, - deyə baş prokuror qeyd edib.
Baş prokuror deyib ki, Mahir Abdullayevin tapılması üçün Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri lazımı tədbirlər həyata keçirir.

Oxşar yazılar

Bakıda evdən 90 minlik OĞURLUQ
22 aprel 2025 , 15:40
Yeni doğulmuş körpəsini küçəyə atdı
22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit TAPILDI
22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər
22 aprel 2025 , 13:53Sumqayıtda parkda meyit tapıldı
22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi
22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı
22 aprel 2025 , 13:18