M.Saakaşvilinin təyyarəsinin Buxarestə qəfil enişi
Gürcüstan prezidenti Mixail Saakaşvilinin təyyarəsi Buxarest hava limanında gözlənilmədən eniş edib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, buna səbəb kimi təyyarənin şassisində nasazlığın olduğu göstərilib.
«Rustavi 2» telekanalı bildirib ki, prezidenti «Boieng»-i gündüz Otopen hava limanından qalxıb. 20 dəqiqə sonra o, geri qayıdaraq, gözlənilməz eniş edib.
Otopen beynəlxalq hava limanının mətbuat katibi Valentin Yordakın sözlərinə görə, təyyarənin sistemində yoxlama aparılıb. O, ötən axşam Gürcüstana uçmalı imiş.
Baş verənlərdən sonra Gürcüstan prezidenti mehmanxanaya qayıdıb. Məlumata əsasən, M.Saakaşvili Buxarestə Avropa Xalq Partiyasının qurultayına qatılmaq üçün gedib.

2470