“İşıq yox, su yox, çörək yox...” – DƏRBƏNDDƏN XƏBƏR -
“Dərbənddə sözün həqiqi mənasında fövqəladə vəziyyətdir. Şəhərdə işıq, su, qaz yoxdur. Küçələr az qala bir metr suyun, eləcə də suyun gətirdiyi palçığın içindədir. Çörək bişirmə sexləri işləməyib deyə, çörək yoxdur. Mağaza və dükanlar bağlıdır. Nəqliyyat işləmir”.
Bunu Lent. az-a Dərbənd sakini, “Azerros” qəzetinin Şimali Qafqaz üzrə koordinatoru Telman Hacıəliyev bildirib. Hacıəliyevin dediyinə görə, rəsmən 7 nəfərin həlak olması bildirilsə də, itkin düşənlərin olması da istisna deyil. “Elə bir qədər əvvəl selin hardansa vurub gətirdiyi bir uşaq arabası və uşaq meyiti tapılıb. Ola bilər ki, həlak olanların sayı artsın. Ölənlərdən 3-ü bir ailənin – Məmmədəliyevlər ailəsinin üzvüdür”.
Xatırladaq ki, bu gecə aramsız yağan yağışlar nəticəsində Dağıstanın azərbaycanlılar yaşayan Dərbənd şəhərini sel suları basıb, nəticədə yüzlərlə ev su altında qalıb, ölən və yaralananlar var.
Həmkarımızın dediyinə görə, şəhərin bu həddə su basmasının səbəblərindən biri də Samur kanalının bəndinin dağılmasıdır: “Həmin kanaldan axan su şəhərin yuxarısından üzü aşağı axaraq qarşısına çıxan hər şeyi aparıb. Hətta iri tonnajlı maşınlar belə çevrilib. Ağacları kökündən qoparıb. Elə evlər var ki, bundan sonra orda yaşamaq qeyri-mümkündür”.
Hacıəliyevin bildirdiyinə görə, Dağıstan Respublikasının prezidenti Maqomedsalam Maqomedov bu gün tezdən Dərbəndə gəlib: “Hazırda fəlakətin aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Şəhər meriyasında qaynar xətt yaradılıb. Təcili yardım və xəstəxanalara generatorlarla da olsa işıqla təmin edilir. Zərərçəkənlərə ilkin yardımlar edilir”.
Səbuhi Məmmədli

Oxşar yazılar

Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55