Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Xırdalan şəhəri ərazisində əməliyyat-axtarış tədbiri keçiriblər.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, nəticədə orada yaşayan V.Hüseynovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu və 2 kiloqram 430 qram marixuana aşkar edilərək götürülüb.