Yaz təmizliyi necə aparılmalıdır? -  BU MƏKANLARA XÜSUSİ DİQQƏT
09 may 2021 07:14 (UTC +04:00)

Yaz təmizliyi necə aparılmalıdır? - BU MƏKANLARA XÜSUSİ DİQQƏT

Bahar gələndə günəşli günlərin sayı da artır. Yazla birlikdə təmizlik və yenilik həyəcanı hamımızı əhatə edir. Elə isə bahar təmizliyi üçün işə başlamağın əsil vaxtıdır.

Lent.az Türkiyə mətbuatına istinadən ev təmizliyi üçün lazım olan ipuclarını təqdim edir.

Yaxşı olar ki, sizə kömək edəcək biri ilə işə başlayasınız. Çünki sizi çox iş gözləyir.

Əvvəlcə evinizdəki bütün xalçaları toplayıb yumağa verin. Sonra evin tavanında və divarlarında toplanan tozu uzun bir fırça ilə təmizləyin. Bu vaxt bütün pəncərələri açıq saxlamalısınız. Bu, həm sağlamlığınız, həm də evinizin havalanması üçün lazımdır.

Pəncərələri silin. Bu zaman tül pərdələrinizi də ətirli yuyucu ilə yuyulmaq üçün paltaryuyan maşına qoyun. Qapılarınızı da təmizləyici vaistələrlə silin.

Stullarınızın üzlərini dəyişmək mümkündürsə, çıxarıb yuyun. Əgər mümkün deyilsə, eynilə qapılar kimi onları da təmizləyə bilərsiniz. Evdəki bütün uzun müddət yerini dəyişmədiyiniz əşyaları qaldıraraq altını sübürüb silmək lazımdır.

Yaz təmizliyində ən vacib addımlardan biri də dolablardır. Dolabların içini boşaltmaq, uzun müddət istifadəsiz qalan əşyaların zəruriliyini yoxlamaq və ehtiyac sahiblərinə vermək yaxşı olardı. Çünki əsl təmizlənmə artıq əşyalardan qurtulmaqdır.

Bütün mətbəx dolabları və soyuducu boşaldılmalı, təmizlənməli və havalandırılmalıdır. İstifadə olunmayacaq nə varsa, yaxşı olar ki, yerini dəyişsin. Mətbəx dolabı ilə zibil qutusu arasında, məsələn.

Ayaqqabı dolabları ilin hər fəslində təmizlənməyə ən çox ehtiyacı olan yerlərdir. Bütün ayaqqabıları boşaldıb həm dolabı, həm də onları təmizləyin. Geymədiklərinizi ehtiyacı olanlara verin. Ayaqqabıları fəslinə görə dolaba yerləşdirmək daha rahat və səliqəli görüntülü olar.

İstifadə etməyəcəyiniz bütün paltarların, ayaqqabıların içinə lavanda toxumlarını kiçik torbalara yerləşdirərək qoyun.  Bu əşyalarınızın xoş qoxulu edəcək və müxtəlif həşəratlarından uzaqlaşdıracaq.

Evdəki bütün lampa və çilçıraqları da təmizləyici vaistələrlə yuyun.

Yataq otağında və qonaq otağında yastıq, yorğan, yataq örtüyü kimi əşyaları bütün günü eyvanda və ya bağda havalandırın.

Hamam otağını da unutmaq olmaz. Ən çox diqqət olunası məkanlardan biri də hamam otağıdır. Buranı da dezinfeksiya edici məhsullarla təmizləyin.

Unutmadan deyək: Bütün bu işləri görərkən, arxa fonda xoş abu-hava yaradacaq müsiqi qoyun. Yemək yeməyi də yaddan çıxarmayın. Yorğunluğu üstünüzdən atmaq üçün çay içmək heç də pis olmaz.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3492
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar