Sovet dövründə mənzillərin soyuducularında və bu gün də bir çox evdə evdar qadınlar xoşagəlməz qoxulardan tez xilas olmaq üçün nəm qəzetlərdən istifadə edirdilər. Bu metod sadə olsa da, xüsusilə soyuducuda nəsə axdıqda və ya qida xarab olduqda olduqca təsirlidir.
Kağız necə təsir edir?
Lent.az xəbər verir ki, nəm qəzet süngər kimi işləyir: o, tez-tez kif və ağır qoxuların yaranmasına səbəb olan artıq rütubəti özünə çəkir.
Eyni zamanda kağız qoxu molekullarını udaraq onların soyuducunun içərisində yayılmasının qarşısını alır. Quruduqca isə tədricən rütubəti geri buraxaraq ümumi rütubət balansının qorunmasına kömək edir.
Nə vaxt və necə istifadə etməli?
Bir neçə vərəq köhnə qəzeti büzüşdürün, sprey vasitəsilə azca su səpin və soyuducunun ortasına yerləşdirin. Onları bir neçə saat saxlayın. Qoxu güclüdürsə, qəzetləri tez-tez dəyişmək lazımdır ki, özləri kiflənməsin. Bir çox insanlar bu üsuldan xüsusilə soyuducunu buzdan təmizlədikdən sonra və ya içəridə soğan və ya balıq qoxusu yarandıqda istifadə edir.
Müasir yanaşma
Bu gün məişət üzrə mütəxəssislər də təsdiqləyir ki, qəzet ucuz və ekoloji cəhətdən təmiz alternativdir, xüsusilə soda və ya xüsusi filtr vasitələri olmadıqda. Bu üsul qoxunu gizlətmir, əksinə onun səbəbini aradan qaldırır.
Əsas qayda nəm kağızı uzun müddət soyuducuda saxlamamaq və istifadə etdikdən sonra soyuducunu havalandırmaqdır. Bu üsul uzun illər ərzində bir çox ailəni əlavə xərclərdən və narahatlıqdan xilas edib.