Hatayda həbsxanada məhkumlar yanğın törədərək qaçmağa cəhd edib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yanğının qarşısı tezliklə alınıb.
Yanğın zamanı 12 nəfər yaralanıb, 3 nəfər isə ölüb.
Qeyd edək ki, faktla bağlı Ədliyyə Nazirliyinin müfəttişləri, Cəzaçəkmə və İstintaq Təcridxanaları Baş İdarəsinin nəzarətçiləri tərəfindən araşdırma aparılır.