ABŞ və Ukrayna prezidentləri Co Bayden ilə Vladimir Zelenski arasında telefon söhbəti olub.
Lent.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Telefon danışığı zamanı Co Bayden Ukraynaya hərbi yardımın bundan sonra da davam edəcəyini bildirib.
Məlumata görə, danışıq 1 saata yaxın davam edib.
Zelenski telefon danışığı ilə bağlı "Twitter" hesabında yazıb ki, Co Baydenlə Rusiyaya qarşı sanksiyaları gücləndirmək barədə razılığa gəlinib.