Dominikan Respublikasının cənubundakı San-Kristobal əyalətində baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.
Lent.az xəbər verir ki, bu barədə “Hoy” qəzeti məlumat yayıb.
Hadisədə ölənlərin sayı 32-ə çatıb.
Daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi. Qeyd olunur ki, hazırda 59 zərərçəkəndən 12-si xəstəxanalarda müalicə alır.
Partlayış avqustun 14-də plastmas istehsal edən fabrikdə baş verib.