Yunanıstanda baş verən faciəvi qəzadan sonra qatarların fəaliyyəti yenidən bərpa edilir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yunanıstanın infrastruktur və nəqliyyat naziri George Gerapetritis məlumat verib.
O bildirib ki, martın 22-dən etibarən qatarların fəaliyyəti mərhələli şəkildə bərpa ediləcək.
Qeyd edək ki, martın 1-də baş verən qatar qəzasında sərnişin qatarının birinci və ikinci vaqonları tamamilə əzilib, üçüncü vaqon isə relsdən çıxıb və 57 nəfər ölüb.