Yunanıstanın Krit adasının sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Təbii fəlakətin episentri 137 min nəfər əhalisi olan Heraklion şəhərindən 159 km şimal-şərqdə, 122 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi yoxdur.