Hadisə Filippində baş verib.
Lent.az xəbər verir ki, motokuryerin çiyin çantasının açılması nəticəsində 65 000 dollar yola səpələnib və sürücülər dayanaraq pulları yığmağa başlayıb.
Məlum olub ki, kuryer iş adamının pulunu daşıyırmış. O, pulların səpələndiyini görüb yoldan ötənlərə yalvarıb ki pulları qaytarsınlar. Yoxsa bunu öz cibindən verməli olacaq.
Bir neçə adam bu sözə əməl etsə də, 34 000 dollar qayıtmayıb.