Yeni Zelandiyanın cənub-qərb sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.
Fəlakətin episentri Stüart adasından təxminən 160 kilometr cənub-qərbdə yerləşib, zəlzələnin ocağı isə 10 kilometr dərinlikdə olub.
Hazırda tələfat və dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.