Yeni Zelandiyada zəlzələ
01 may 2023 07:27 (UTC +04:00)

Yeni Zelandiyada zəlzələ

Sakit okeanın cənubundakı Yeni Zelandiyanın Kermadec arxipelaqında 5,2 bal gücündə zəlzələ baş verib.

Lent.az-ın xəbərinə görə, bu barədə Avstraliyanın Dövlət Geoloji Bürosu məlumat yayıb.

Yeraltı təkanların episentri Raul arxipelaqının əsas adasından 80 km cənub-şərqdə və 1,6 milyondan çox insanın yaşadığı Oklenddən 980 km şimalda olub.  

Kermadec arxipelaqında yaşayış yoxdur, lakin Raul adasında il boyu fəaliyyət göstərən tədqiqat stansiyası var. Burada Yeni Zelandiyadan olan 80-ə yaxın alim yaşayır və işləyir.

Sunami təhlükəsi elan edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1050
avatar

Oxşar yazılar