Yeni Zelandiyada şiddətli zəlzələ - SUNAMİ TƏHLÜKƏSİ
24 aprel 2023 05:44 (UTC +04:00)

Yeni Zelandiyada şiddətli zəlzələ - SUNAMİ TƏHLÜKƏSİ

Sakit okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadek arxipelaqı ərazisində 7,3 bal gücündə zəlzələ qeydə alınıb. 
Lent.az-ın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri 110 min nəfər əhalisi olan Vanqarey şəhərindən 963 km şimal-şərqdə, 33,6 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. ABŞ Milli Meteoroloji Xidməti sunami təhlükəsi barədə xəbərdarlıq edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914
avatar

Oxşar yazılar