Yaponiyanın ABŞ-dan tələbi: MƏHDUDLAŞDIRILSIN! 
06 yanvar 2022 06:46 (UTC +04:00)

Yaponiyanın ABŞ-dan tələbi: MƏHDUDLAŞDIRILSIN! 

 

Rəsmi Tokio koronavirusa yluxmanın artması səbəbindən ABŞ qoşunlarının Yaponiyadakı hərbi bazalardan çıxışını məhdudlaşdırmağı tələb edir.

Lent.az xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Nazir deyib ki, ABŞ bazalarında koronavirusla bağlı vəziyyətə gəlincə, mən infeksiyaya qarşı tədbirlərin, o cümlədən hərbçilərin bazalardan çıxarılmasına məhdudiyyətlərin gücləndirilməsini tələb etdim: “Cənab Blinken cavab verdi ki, o, sorğunu Pentaqona çatdıracaq və Birləşmiş Ştatlar virusun daha da yayılmasının qarşısını almaq üçün əlindən gələni edəcək”. 

Qeyd edək ki, dekabrın sonlarında Yaponiyanın cənubunda Okinava adasındakı “Camp Hansen” də daxil olmaqla, ABŞ-ın bir neçə bazasında koronavirus infeksiyalarının kəskin artması aşkar edilib. İnfeksiya obyektlərə bu yaxınlarda rotasiya çərçivəsində Yaponiyaya köçürülən hərbçilər tərəfindən gətirilib.

Mövcud ikitərəfli razılaşmalar çərçivəsində ölkəyə gəldikdən sonra onlar koronavirusa qarşı testlərindən keçməyiblər. Lakin bu tələb indi yenidən qüvvədədir.

Xatırladaq ki, Okinava adasındakı dəniz piyada bölməsi də daxil olmaqla, ümumilikdə Yaponiyada 50 mindən çox ABŞ əsgəri yerləşdirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1158
avatar

Oxşar yazılar